Şəkinin İnçə kəndində yaşayan Limon Səlimova 1 ilə yaxındır ki, həyətə girib-çıxmasının çətin olduğundan şikayət edir. Şikayətçinin sözlərinə görə, qaz xətti çəkilərkən nədənsə onun evi, daha dəqiqi evə giriş-çıxışı nəzərə alnmayıb. Ev sahibi qaz borusunun yaratdığı çətinlik səbəbindən hətta inəyinin tələf olduğunu söyləyir. Limon Səlimova qaz xəttinin qapının üzərindən, ya da yeraltı çəkilməsi ilə bağlı Azəriqaz İstehsalat birliyinə müraciət edib. Vətəndaşın şikayətlərini dinlədikdən sonra mövzuyla bağlı Azəriqaz İB-yə müraciət etdik. Mövzuyla bağlı Asan Komunalla əlaqə saxladıqda isə bildirildi ki, texniki şərtin rüsumu 282 manatdır və buraya sayğac, həmçinin digər materialların qiyməti daxildir.