Hindistanlı turist Böyük Qafqaz sıra dağlarında itkin düşüb. Hindistan vətəndaşı 29 yaşlı Kondaveeti Manikathi Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Azərbaycanın Zaqatala rayonu ərazisindən keçən hissəsində itkin düşüb. Mayın birinci ongünlüyündə Zaqatalaya turist kimi gələn Kondaveeti Manikathi Böyük Qafqaz sıra dağlarının cənub ətəyini gəzmək qərarına gəlib. O, gəzintisinə mayın 13-ü, Zaqatala rayonun Qəbizdərə kəndi yaxınlığında dağlıq ərazidən başlayıb. Hindistanlı turistin marşurut üzrə hərəkət etdiyi ərazidə, yaxud da ərazinin yaxınlığında itkin düşdüyü ehtimal olunur. Turistin axtarışlarına Zaqatala rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb edilib. İki gündür davam edən axtarışlar hələlik heç bir nəticə verməyib.