Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə 12 ildən artıq məhkumluq həyatı yaşayan Qalib Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Qalib Qasımovun yaşadığı ünvandan gizlətdiyi yarım kiloqrama yaxın marixuana maddi sübut kimi götürülüb. İstintaq-əməliyyat tədbirləri nəticəsində onun törətdiyi digər cinayət əməlinin də üstü açılıb. Belə ki, Qalib Qasımovun Şəkidə yerləşən, təmir işləri gedən evdən 700 manat dəyərində elektrik kabelləri oğurladığı müəyyənləşib. İfadəsində oğurladığı kabelləri yandırdığını və əldə etdiyi misi satmaq niyyətində olduğunu bildirib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.