Şəki şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçıliğı ilə şahmat həvəskarı Elvin Məmmədovun xatirəsinə həsr olunan xatirə şahmat turniri keçirilib. Turnirdə 5 yaş qrupu üzrə 132 şahmatçı fəxri yerlər uğrunda mübarizə aparıblar. İsveçrə sistemiylə keçirilən yarış 9 turdan ibarət olub. Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin yekununda hər yaş qrupundan oğlan və qız qruplarından ən çox xal toplayan 3 nəfər olmaqla 30 yarışçı kubok, diplom və pul mükafatları ilə təltif ediliblər. Bundan əlavə, ən kiçik yaşlı şahmatçı adına laiq görülən 2 nəfər diplom və kubokla mükafatlandırılıb.