“Öyrən, Əylən, Peşəni seç” devizi ilə keçirilən festivalda iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmaqda dəstək olunacaq. Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmiş olacaq. Layihə çərcivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilib. Eskpertlər iştirakçılara düzgün peşə seçimi, işçi qüvvəsinə olan tələblər, eləcə də peşələr haqqında məlumatı əyani şəkildə yoxlamaq fürsəti yaradıb. Növbəti festival 17 may 2022-ci il tarixində, Sumqayıt şəhərində baş tutacaq. Festivalda iştirak ödənişsizdir.