Bazar ertəsi, 16 May 2022 19:47

“Region gənc müəllimlərinin II şəbəkələşmə forumu” keçirilib...

Qaxda “Region gənc müəllimlərinin II şəbəkələşmə forumu” baş tutub. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının region gənc müəllimlərinin bacarıqlarının inkişaf etdirilməsi, şəbəkələşməsi, əməkdaşlığın qurulması məqsədilə təşkil etdiyi forumda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan gənc müəllimlər iştirak ediblər. Forumun məqsədi və qarşıya qoyulan hədəflər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, “Gənc müəllimlərinin II şəbəkələşmə forumu” Təhsil Nazirliyinin elan etdiyi “2021-2022-ci illərdə Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş “Gənc müəllimlərin inkişaf proqramı” layihəsi çərçivəsində icra olunur. Otuz doqquz rayonu əhatə edəcək forumun aprel-may aylarında 10 mərkəzdə keçirilməsi nəzərdə tutulur. İndiyədək Qax rayonu da daxil olmaqla, 8 mərkəzdə artıq belə forumlar təşkil olunub. Tədbir çərçivəsində Qax şəhər 4 nömrəli tam orta məktəbin şagirdlərinin təqdim etdiyi musiqi nömrələri forum iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonra forum müxtəlif mövzuda təlimlərlə işini davam etdirib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S