Baş Kəldək kəndi ilə Baş Küngüt kəndini ayıran Küngüt çayın yalnız bir tərəfi tam bəndlənib. Digər tərəfdə isə ancaq 100 metrlik bənd salınıb. Sakinlər çayın məcrasının vaxtaşırı təmizləndiyini deyirlər. Lakin sel gözlənilmədən gəlsə bu, kənd üçün böyük təhlükəyə səbəb ola bilər. Problemllə bağlı aidİyyatı quurmlara dəfələrlə müraciət etdiklərini deyən kənd sakinləri yarım qalmış bəndin tezliklə yekunlaşdırılmasını istəyirlər. Hətta çay məcrasına yerində baxış keçirilib və doğurdan da yeni bəndin salınmasına ehtiyac olşduğ aidiyyatı qurum tərəfindən təsdiqlənib. Ancaq bütün bunlar elə kağız üzərində də qalıb. Məsələ ilə bağlı Şəki Suvarma sistemləri idarəsinə müraciət etdik. Qurumdan ərazidə azı 200 metrlik yeni bəndin salınmasının vacibliyi təsdiqləndi. Ancaq bu cür layihəni həyata keçirmək üçün investisiya ayrılmalı olduğunu deyən qurum rəsmisi, artıq Nazirlər Kabinetinə də müraciətin ünvanlandığını vurğuladı. Vəsaitin ayrılacağı təqdirdə ərazidə dərhal bəndləmə işlərinə start veriləcək.