Əvvəllər məhkum olunmuş Şamaxı rayon sakini, 44 yaşlı Şəfayət Hacıyevin öldürülməsi barədə Şamaxı Rayon Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla “Şamaxı” adlı marketdə gözətçi işləyən 61 yaşlı Mülkalı Rizvanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şəfayət Hacıyevə gəzdirdiyi cib bıcağı ilə çoxsaylı xəsarətlər yetirərək, daha sonra isə mişar daşı ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Yaxınlarının sözlərinə görə, onların arasında dəfələrlə mübahisə yaranıb və Mülkalı Rizvanov bir neçə dəfə mərhumdan şikayətçi olub. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.