Cümə, 13 May 2022 20:17

Arıçı fermerlər məhsulunu niyə sata bilmir?

Azərbaycan üzrə istehsal olunan balın təqribən 30 faizə yaxını Zaqatala rayonunun payına düşür. Rayonda 1500-dən çox təsərrüfat üzrə 40 minə yaxın arı ailəsi qeydiyyatdadır. Ötən il rayon üzrə 450 min tona yaxın bal tədarük edilib. Məhsuldarlıq arıçıların üzünü güldürsə də bir çox fermer məhsulun yarıdan çoxunu sata bilməyib.  Arıçılar satışda yaşanan bu problemin əsas səbəbini bu gün mağaza və dükanlarda əhaliyə qat-qat ucuz qiymətə təklif edilən, mənşəyi bəlli olmayan ballarla əlaqələndirir. Bal hər nə qədər insan orqanizmi üçün əvəolunmaz və faydalıdırsa saxta və mənşəyi bəlli olmayan bal da bir o qədər zərərlidir. Keyfiyyəti və dadı ilə hər zaman seçilən Azərbycan balı bir brend kimi dünya bazarına ixrac edilsə fermerlərin satışla bağlı üzləşikləri bu problem də birdəfəlik öz həllini tapmış olar. Dünyanın bütün inkişaf etmiş ölkələrində bal dərman məhsulu olmaqla yanaşı, həm də ən vacib ərzaq məhsulu kimi gündəlik qida rasionuna daxildir. Hər gün bir neçə qaşıq bal istifadə etmək orqanizmin immun sistemini yaxşılaşdıdığı üçün bir çox xəstəliklərin baş verməsini də önləyir. Təbii ki, söhbət təbiətdən birbaşa süfələrimizə gələn təmiz baldan gedir. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S