Artiq 4 gündür ki, Qobustanın Acıdərə kəndinə yağan yağışlar bir sıra çətinliklər yaradıb. Dağlardan gələn sel-suları nəticəsində avtomobil yolu suyun altında qalaraq yarasiz vəziyyətdə düşüb. Sakinlərin rayon mərkəzinə gediş-gəlişi çətinləşib. Yolların palçıq qatıyla örtülməsi avtomobillərin hərəkətini məhdudlaşdırıb. Sakinlər rayon mərkəzinə getmək üçün trkatorlardan istifadə edirlər. Sel-suları sakinlərə məxsus yaşayış evlərinə , fərdi təsərrüfatlara və fermalara da ziyan vurub. Ərazidə torpaq sürüşməsi də baş verib. Sakinlər hər gün davam edən sürüşmənin evlərə doğru hərəkət etdiyini deyir. Qeyd edək ki, bölgədə qeyri sabit hava şəraiti davam edir.