Cümə axşamı, 12 May 2022 20:58

Təbii qazın təzyiqi niyə aşağıdır?

Şəkinin Baş Küngüt kənd sakinləri mavi yanacağının təzyiqinin az olmasından şikayətçidirlər.  Kəndə verilən qazın qışda qış normasına, yazda isə yaz normasına uyğun olmadığını iddia edirlər. Xüsusilə də qeyri-sabit hava şəraitinin hökm sürdüyü son günlərdə təbii qazın çox zəif olması səbəbindən sakinlər sinmək üçün elektirik enerjisindən istifadə etməyə məcbur qalıblar. Nəticədə ikiqat ziyana düşüblər. Kənd sakinləri qonşu kəndlərdə bu cür problemin mövcud olmadığını deyirlər. Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyatı quruma müraciət etdiklərini lakin problemin həll olunmadığını deyirlər. Məsələ ilə bağlı Zaqatala Regional Qaz İstismarı İdarəsindən isə problemlə bağlı araşdırma aparılacağı bildirildi. Qeyd edək ki, Baş Küngüt kəndinə təbii qaz 3-4 il öncə çəkilib. Kənd sakinləri mövcud problemin bu ildən yaşandığını qeyd edirlər. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S