Şəkidə Ümumilli lider Heydər Əliyevin 99 illiyi münasibəti ilə keçirilən futzal üzrə “Şəki kuboku – 2022” turnirinin qalibləri bəlli olub. Şəki Idman kompleksində baş tutan final yarışı gərgin mübarizə şəraitində keçib. Oyunun qalibi Şəki Rayon Polis Şöbəsinin komandası olub. Sonda ilk 3-lüyə çıxan komandalar pul mükafatı, diplom və kubokla mükafatlandırılıb. Xatırladaq ki, aprelin 16-da start verilən turnirdə Şəki şəhərinin müxtəlif idarə və təşkilatlarını təmsil edən 20 komanda 4 qrupda mübarizə aparıb.