Leysan yağışları nəticəsində Şamaxının Qəleybuğurd, Sis, Keçmədin, Qaladərəsi kəndlərinə sel gəlib. Qəleybuğurd və Sis kəndlərinin ərazisindən keçən Ağsu çayında suyun səviyyəsi qalxaraq avtomobil yolunu dağıdıb. Nəticədə sürücülər yolda qalıb. Güclü sel çayı məcrasından çıxarıb. Bu da yollarda torpaq sürüşməsinə və çökməyə səbəb olub. Evlərinə aparan yeganə yolun su altında qalması səbəbindən kənd sakinləri gecəni avtomobillərində keçirməli olublar. Sel nəticəsində həmçinin kəndlərin ərazisindəki elektirik dirəkləri aşıb, qaz boruları sıradan çıxıb, təsərrüfatlara ciddi ziyan dəyib. Kəndlərlə əlaqəni bərpa etmək üçün əraziyə canlı qüvvə və texnika cəlb edilib. Qeyd edək ki, qeyri-sabit hava şəraiti Şamaxıda hələ də davam edir. Rayonda yağışlı hava hökm sürür.