Çərşənbə axşamı, 10 May 2022 09:07

Qeyri-sabit hava şəraitinin fəsadları...

Yağışlar səbəbindən İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Dağlardan gələn qalın lil qatı, torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb, təxminən 15 metr uzunluqda yolun üst qatı bağlanıb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Əraziyə lazımı sayda texnika və qüvvə cəlb olunub. Avtomobil Yolları Dövlət Agentliyindən bildirib ki, selin gətirdiyi torpaq, daş və ağac parçalarının çoxu təmizlənib. Yolda hərəkət bərpa edilib. Qarqar çayının daşması nəticəsində Ağdamın kəndlərinə sel gəlib. Sel suları otlaq, əkin sahələrini və kənd məzarlığını basıb. Daşqınlar əsasən çayın Ağdam rayon Əfətli kəndi ərazisindən keçən hissəsində olub. Sel, sahə və qəbristanlıq yolunda qurulan körpünü də yuyub. Daşqınlar baş verən əraziyə Ağdam Mexaniki Suvarma İdarəsinin texnikaları cəlb edilib. Baş verə biləcək digər fəsadların qarşısının alınması məqsədi ilə tədbirlər görülür. Həmçinin Kür çayında da suyun səviyyəsi artıb. Millli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin sonu, mayın əvvəli düşən yağıntılarla əlaqədar çaylarda, o cümlədən, Kürdə sululuq artıb. Bundan başqa, intensiv yağışın çaylarda qısamüddətli daşqınlara səbəb olacağı proqnozlaşdırılır. Qeyd edək ki, davam edən qeyri-sabit hava şəraiti nəticəsində şimal bölgəsində bəzi yaşayış məntəqələrinə qar yağıb.  Normadan artıq yağıntılar səbəbindən  həftə sonu Şəkinin Cunud kəndi  və Qaxın Armudlu kəndi ilə əlaqə kəsilmişdi. Artıq kəndlərlə əlaqə bərpa olunub.  Rayonlarda yağıntılı hava şəraitinin isə mayın 10-dək davam edəcəyi gözlənilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S