Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb. Hadisə rayonun Xalxal kəndində baş verib. Məlumata görə, 43 yaşlı Dağlar Həmidov dağa odun gətirmək üçün gedibmiş. Onun eşitmə və nitq qüsurlu olduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit dağlıq ərazidən düşürülərək aidiyyəti üzrə təhvil verilib. Dağlar Həmidovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir. Hadisənin dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.