Şamaxıda şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib. Şamaxı Müalicə Diaqnostika Mərkəzində baş tutan aksiya “Regional İnkişaf” İctimai Birliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Aksiya çərçivəsində Şamaxı və ətraf rayonlarda yaşayan, qeyd edilən həssas kateqoriyalardan olan 200-ə yaxın vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib. Bakıdan dəvət edilən həkimlər tərəfindən aparılan müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicə kursları təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Bu tip müayinələrin digər regionalarda da aparılması nəzərdə tutulur.