Çərşənbə, 04 May 2022 20:15

İstismar müddətini başa vuran yol...

Yolun ən çox yararsız hala düşən ərazisi Şəkidən Zaqatalaya qədər olan 78 kilometrlik hissəsidir. Bu hissədə çox sayda kəndlər yerləşir. Hər bir kənd üçün isə yolun çox böyük əhəmiyyəti var. Yerli sakinlər bildirirlər ki, Respublika əhəmiyyətli yolun sözügedən hissələrində dərin çalalar əmələ gəldiyindən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranır. Həmçinin sakinlər təmirsiz yolun qəza şəraiti də yaratdığını deyirlər. Eyni zamanda yolda nə insanlar nə də ki, mal-qara üçün heç bir keçid yoxdur. Bu da öz növbəsində həm yolu keçən insanlar həm də heyvanlar üçün təhlükə yaradır və qəza olma ehtimalını birə beş artırır. Yolda vaxtaşırı xırda təmir işləri aparılsa da, görülən işlər müvəqqəti xarakter daşıyır. Çalalar yamanmsa da hər yağış yağdıqdan sonra yenidən açılır. Sürücülər çox zaman Şəki-Qax yolu ilə getməyə məcbur olduqlarını və bunun da əlavə vaxt apardığını deyirlər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məsələ ilə bağlı bildirildi ki, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun əsaslı təmir olunması üçün layihə hazırlanıb və təqdim edilib. Odur ki, yoldan mütəmati olaraq istifadə edən sürücülər və burda yaşayan sakinlər bir müddət daha dözməli olacaqlar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S