Zaqatalada “İnkliuziv iqtisadi modelin inkişafı, əlilliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması”na həsr olunmuş tədbir keçirilib. "İstedadlı Əlillər” ictimai birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maaliyyə dəstəyi ilə təşkil edilən tədbirə Dövlət Qurumunun nümayəndələri və əlilliyi olan şəxslər qatılıb. Çıxış edənlər iştirakçılara layihə barədə geniş məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi və bu istiqamətində həyata keçirilən özünəməşğulluq proqramlarında əlil vətəndaşların iştirakının artırılmasıdır. Tədbirdə həmçinin özünəməşğulluq proqramının əhəmiyyəti, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və ya kiçik biznesin yaradılması üçün təmin edilən dəstəklər barədə məlumat verilib. Sonda iştirakçıların sual və təklifləri dinlənilib.