Bazar ertəsi, 02 May 2022 19:09

Bayram namazı qılınıb…

Ölkəmizdə pandemiya qaydalarının yumuşaldılması bayram günlərinin sevincini daha da artırır. Bugün Azərbaycan sakinləri məscidlərdə çiyin çiyinə namaz qılıb. İnsanlarımızın şükür etdiyi məsələlər içərisində başlıcası Qarabağda çalınan zəfər üçün idi. Elə edilən dualar da ən çox şəhidlərimizə və qazilərimizə həsr olundu. Ancaq səhər Bayram namazına çata bilməyənlər nigaran qalmasın, onlar bayram günləri müddətində bayram namazını qıla bilərlər. Din xadimi onu vurğuladı ki, oruc tuta bilməyənlər də ramazan bayramında savab qazana bilər. Bunun üçün 30 gün ərzində, gündə 2 dəfə olmaqla 1 nəfərə yaxud da 1 dəfə olmaqla 2 nəfərə zəkat verməklə savab almış sayılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S