Bazar, 01 May 2022 14:47

Qımır kənd sakinlərinin içməli su problemi ...

Çobankol inzibati ərazi nümayəndəliyinə daxil olan Qımır kəndində sakinlər uzun illərdir içməli su sarıdan əziyyət çəkir. Yaxınlıqdan heç bir çay keçmədiyindən, kənddə mal-qara, toyuq,cücə, həyətlərində əkdikləri əkini sulamaq üçün də elə içməli sudan istifadə edirlər. Suyun tamamilə kəsilməsi isə bayram öncəsi sakinləri çıxılmaz vəziyyətdə qoyub. Kəndi su ilə təmin edən 4 artezyan quyusundan cəmi 1-i  işləyir. Digər 3 subarteziyan quyusunun isə fəaliyyəti dayandırılıb. Sakinlərin narazılığına aydınlıq gətirən qurum rəhbəri kəndin böyük əksəriyyətinin borcu olduğundan fərdi kəsim zamanı yol infrastrukturuna zərər verməmək üçün ümumi kəsim etdiklərini bildirdi. Ramazan bayramı ilə əlaqədar isə sakinlərə möhlət verilərək kəndin suları yenidən bərpa ediləcək. Onu da qeyd edək ki, 7 dağ çayının keçdiyi Zaqatalanın əksər ərazilərində əhali içməli su sarıdan əziyyət çəkir. Bunun əsas səbəbi isə rayonun bir çox ərazilərində su xəttlərinin öz istismar müddətini başa vurmasıdır. Yaz-yay aylarında çaylara sel gələn kimi isə su xəttləri sıradan çıxır və  aylarla sakinlər içməli suya həsrət qalırlar.  Ümid edirik,aidiyyati qurumlar bu məsələni kökündən həll edərək sakinləri isti yay günlərində suya həsrət qoymayacaq.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S