Cümə axşamı, 28 Aprel 2022 19:14

Bu ilki hava fındıqçılığa necə təsir edəcək ?

Fındıqçılıq Şəki-Zaqatala bölgəsi üçün ən perspektivli kənd təsərrüfatı sahələrindəndir. Bölgə əhalisinin böyük əksəriyyətinin əsas gəliri də elə fındıqçılığa bağlıdır. Bu baxımdan, mülayim keçən qışın ardından erkən yazın qarlı, şaxtalı keçməsi əksər fermerləri ciddi narahat edib. Mütəxəssislərsə hər hansı bir narahçılığa əsas olmadığını bildirir. İqlim və Hava şəraiti ilə yanaşı, məhsuldarlığa birbaşa təsir göstərən amillərdən biri də fındıq bağlarında düzgün və vaxtı-vaxtında aqrotexniki tədbirlərin görülməsidir. Yerli iqlim şəraitinə uyğun və daha məhsuldar növlərin müəyyənləşdirilməsi üçün isə dayaq məntəqəsində hər il seleksiya işləri aparılır. Vaxtsız yağan qar hər nə qədər məhsuldarlığa təsir etməsə də bu fermerləri tam arxayın etmir. Məhsulun necə olacağı hələ yazın sonunda və yay boyu davam edəcək hava şəraitindən birbaşa asılıdır. İndi fermerlərin tək diləyi  dolu yağmaması və quraqlıq olmamasıdır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S