Çərşənbə axşamı, 26 Aprel 2022 19:53

Su-kanalizasiya çəkilişi zamanı dağılan yollar niyə asfaltlanmır?

Şamaxıda su-kanalizasiya xəttinin çəkilişi üçün aparılan qazıntı zamanı Əli Kərimov küçəsinin asfalt örtüyü dağıdılıb. Aradan uzun illər keçməsinə baxmayaraq, ərazidə yolun təmiri istiqamətində heç bir iş aparılmayıb. Sakinlər yolun yağışlı və qarlı havalarda xüsusilə keçilməz olduğunu deyirlər. İri çuxurlar, çay daşları və palçıq qatı piyada və sürücüləri burdan keçmələrinə peşman edir. Yayda isə ətrafı toz dumanı bürüyür. Sakinlərin sözlərinə görə, taksi sürücüləri bir çox hallarda bu əraziyə gəlməkdən imtina edir və ya daha baha qiymətə aparırlar. Yolun təmirsiz olması təcili yardım və yanğınsöndürən maşınların da işini çətinləşdirir. Oxşar vəziyyət şəhərin bir çox daxili küçələrində yaşanır. Rayon icra hakimiyyətindən Şamaxı şəhərinin abadlaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyi, daxili küçələrin asfaltlanması probleminin də tezliklə həllini tapacağı bildirildi. Qurum rəsmisi onu da vurğuladı ki, bu ilin sonunadək Əli Kərimov küçəsinin də asfaltlanması planlaşdırılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S