Fermerlərə yaz aylarında aparılacaq mübarizə tədbirlərinin növləri və səmərəli yolları göstərilib. Bildirilib ki, hazırda ən çox problem alaq otları və gəmiricilərdir. Bu istiqamətdə düzgün formada aparılmayan mübarizə taxıl sahəsini məhv edə bilər. Həmçinin hazırda daha çox sahədə əkin aparmaq əvəzinə daha məhsuldar sortların yetişdirilməsinin önəminə diqqət çəkilib. Əkin prosesi düzgün aparılmayan sahələrdə fermerlərə yol verdikləri qüsurlar izah edilib. Bunun məhsuldarlığa təsirini göstərəcəyi vurğulanıb. Rusiyadan idxal edilən bəzi gübrə növləri və qatqılarının ölkəyə gətirilməsində müəyyən çətinliklər yarandığından fermerlərə alternativ variantlar təklif edilib. Sonda sahələrdə mövsümü xəstəliklərə qarşı dərmanlama prosesinə start verilib.