Şəkidə hərbi vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib. Rayon administrasiyasının, ziyalıların, gənclərin və məktəblilərin iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib. Çıxış edənlər vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövlətçilik tariximizin şanlı səhifəsidir. Bildirilib ki, Şəki rayonu üzrə 347 nəfər torpaqlarımızın azad olunması uğrunda döyüşüb ki, onlardan 57 nəfəri şəhidi olub. Qazanılan Qələbədə Xüsusi Təyinatlı Qüvvələrin böyük rolundan da danışılıb. Sonda xüsusi təyinatlıların Vətən müharibəsində rolundan bəhs edən "Kod adı: Yaşma" sənədli filmi nümayiş olunub.