Zaqatalada müqəddəs Ramazan ayında məsciddən oğruluq olub. Hadisə rayonun Göyəm kənd inzibati ərazisində fəaliyyət göstərən “Çökək” məscidində baş verib. Aprelin 13-dən 15-dək olan müddətdə məscidin nəzir qutusundan 300 manatın oğurlanması barədə Zaqatala Rayon Polis Şöbəsinə müraciət edilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qandax kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 19 yaşlı Anar Osmanov müəyyən edilərək saxlanılıb. Anar Osmanovun əvvəllər də yaşadığı Qandax kənd məscidindən oğruluq etdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.