Çərşənbə, 20 Aprel 2022 19:45

Narkoloji dispanserin fəaliyyəti bərpa olunacaq?

Hazırda Şəkidə 650-700 arası qeydiyyatda olan narkoloji xəstə var. Bu xəstələr bir zamanlar Narkoloji dispanserdə rahatlıqla müalicə ala bilirdi. Burada tibbi, eyni zamanda da məhkəmə və sərxoşluğa görə ekspertizalar aparılırdı.  Ancaq dispanser bağlandıqdan sonra bir çox xəstə üçün müalicə almaq imkanı sıfıra enib. Xəstələrin əksəriyyəti Şəkidən uzaqda yerləşən dispanserə getməkdən imtina edir.  Bəziləri ağrıları çox olduqda uzaq yola çıxa bilmədiklərini, bəziləri isə maddi baxımdan buna imkanlarının olmadığını deyir. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirildi ki, 2009 -cu ildə səhiyyə sistemində aparılan optimallaşdırılma ilə əlaqədar  Şəki şəhərində yerləşən narkoloji dispanserin fəaliyyəti dayandırılıb. 2020-ci ildən xəstələrə Şəki rayon Rayon Mərkəzi Xəstəxanasının nəzdində yerləşən narkoloji kabinetdə xidmət göstərilir. Bununla belə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, narkoloq və tibbi psixoloqların, narkoloji müalicə müəssisələrin sayının artırılması, reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub. Bununla belə, Şəki və ətraf rayonlarda yaşayan və müalicə almaq istəyən xəstələr region üzrə Mingəçevir Rayonlararası Narkoloji Dispanserinə müraciət edə bilərlər. Odur ki, narkotik asılılığından əziyyət çəkənlər ya uzağa getməli, ya da bir müddət daha gözləməli olacaqlar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: info@kanal-s.azBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S