Dan yeri sökülmədən, sükutun pozulması ilə Qumral xanımın bu saatda yuxudan ayılmasına səbəb iş yerinə vaxtında çatmaq istəyidir. İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən Mollaisaqli kəndində yaşayan Bakı şəhər sakini Qumral Məmmədli ötən ilin Payızında şagirdlərə elm aşılmaq üçün paytaxtdan bura üz tutub. Səhər saatlarında kəndin dolaylı küçələrindən keçərək məktəbə gələn müəlim, sinfə daxil olarkən şagirdlərini bele salamlayır. Bakı Dövlət Universitetinin Filologiya fakültəsi, xarici dil müəllimliyi ixtisası üzrə bakalavr, Azərbaycan Dillər Universitetində magistr səviyyəsi üzrə təhsil alan gənc müəllim ilk pedaqoji fəaliyyətinə paytaxt Bakıda başlasa da daha sonra ucqar kənddə işləməyə qərar verib. Bu qərarı onu istəyinə bir addım da yaxınlaşdırıb. Peşəsinin müqəddəsliyini anlayan müəllim üçün harada dərs deməyin əhəmiyyəti yoxdur. Yetər ki, onun biliyindən kimsə faydalansın deyir, Qumral müəllim...
İşini və şagirdlərini sevən müəllim sinifdə dərslərini həvəslə, bir qədər fərqli üsulla keçir. Məhz bu istək onu şagirdləri ilə daha da doğmalaşdırıb. Peşəsinin vurğunu olan qəhrəmanımız dərs saatını tamamladıqdan sonra kənd ərazisindəki qaldığı evə uz tutur.Paytaxtda doğulub boya başa çatsa da kənd həyatına da uyğunlaşdığını deyən Qumral xanım ev heyvanlarına xüsüsi diqqət göstərir. Günün ikinci yarısında Qumral müəllim məktəbdən əlavə hazırlaşmaq üçün onun yanına üz tutan şagirdlərə vaxtını ayırır. Özü də bu işi təmanasiz edir. Məktəblilərlə hazırlıq prosesi axşam saatlarına qədər davam edir. Bununla da gününə yekun vuran müəllim, növbəti gün dan yeri sökülmədən, sükutun pozulması ilə oyanmaq üçün otağına çəkilir.