Daha bir ailə münaqişəsi qətl ilə yekunlaşıb. Hadisə gecə saatlarında Zaqatalanın Yuxarı Çardaqlar kəndində baş verib. Kənd sakini 37 yaşlı Qılman Həsənov münaqişə zəminində kəsici alətlə həyat yoldaşı 37 yaşlı Xavər Həsənovanın boğaz nahiyəsini kəsərək qətlə yetirib. Daha sonra Qılman Həsənov özünün də boğaz nahiyəsini kəsərək intihar edib. İlkin araşdırma zamanı qətlin bəzi təfərrüatları məlum olub. Xavər Həsənova Yuxarı Çardaqlar kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyirmiş. Qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiyada yaşayıb. O, bir müddət əvvəl Zaqatalaya qayıdıb. Ailənin bir qız, bir oğlan olmaqla azyaşlı iki övladı var. Hadisə baş verən zaman uşaqlar ata babasıgildə olublar. Hadisənin qısqanclıq və ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.