Vətən müharibəsi qəhrəmanı, kapitan İsmayıl Səmədovun adını daşıyan Zaqatala şəhər 5 saylı tam orta məktəbində “Zəfər tariximizi yaşadaq” adlı tədbir keçirilib. Tədbirə Rayon İcra Hakimiyyətinin,Təhsil Şöbəsinin nümayəndələri, 44 günlük Vətən müharibəsində iştirak edən qazilər və qəhrəman şəhidimiz İsmayıl Səmədovun ailəsi qatılıb. Çıxış edənlər Vətən müharibəsindən danışaraq, bu şanlı tarixin hər bir azərbaycanlı üçün qürur yaddaşı olduğunu qeyd ediblər. Vurğulanıb ki, ali baş komandanın başçılığı ilə dəmir yumruq kimi birləşən Azərbaycan xalqı düşmənə layiqli cavabını verib. Zəfər tariximizin gələcək nəsillərə ötürülməsinin vacibliyini də qeyd olunub. Tədbir şagirdlərin hazırladığı ədəbi -bədii kompazisiya ilə davam edib .