Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şəki rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki kuboku – 2022” turniri start götürüb. Turnirin açılış mərasimdə şəhərin rəhbər şəxsləri, komandalar və ictimaiyyət nümayəndələri iştirak edib. Bildirilib ki, turnirin keçirilməsində əsas məqsəd Ümummilli liderin xatirəsini anmaq, təşkilatlar arasında dostluq münasibətləri formalaşdırmaqdır. Dövlət himninin səslənməsilə turnir açıq elan olunub. İlk oyun Şəki şəhər icra hamiyyətinin komandası ilə “Marxal” komandası arasında baş tutub. Qeyd edək ki, 4 qrupda 20 komandanın mübarizə aparacağı turnir mayın 10-dək davam edəcək.