Şəkidə fermerlərlə maarifləndirici seminar keçirilib. Yaz aylarında taxıl sahələrində alaq otlarına qarşı mübarizənin aparılmasına həsr edilmiş seminarda fermerləri maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, 1300 hekar sahədə bu günə qədər siçanabənzər gəmiricilərə qarşı müabrizə tədbirləri görülüb. 25 min hektardan çox sahədə alaq otlarına qarşı mübarizə aparılıb və bu, davam etməkdədir. Seminarda taxıl sahəsində istifadə edilən preparatlar barədə məlumat verilib. Həmçinin dərmanın vurulma qaydaları əyani şəkildə göstərilib. Bildirilib ki, əgər sahəni 5-10% alaq otları basırsa, bu ən azı 10-15% məhsul itkisi deməkdir. Ona görə də mübarizəni həm vaxtında, həm də düzgün şəkildə aparmaq lazımdır. Həmçinin sahələrin dərmanlanması zamanı təhlükəsizlik qaydalarına mütləq şəkildə riayət edilməlidir. Belə tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.