Bu gün ölkənin 12 şəhər və rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 100 imtahan binası, 1750 imtahan zalı ayrılıb. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün imtahan nəticələrinin 3 həftə ərzində elan olunması nəzərdə tutulur. Bu gün, həmçinin tədrisi gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər. Əməkdaşlarımız prosesi Qax rayonunda izləyib. Qaxda keçirilən buraxılış imtahanında 618 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 8 imtahan rəhbəri və 58 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 49 zal ayrılıb. Çəkiliş apardığımız Tofiq İsmayılov adına 5 saylı orta məktəbdə bir şagirddə telefon aşkar olunduğundan, o, imtahandan xaric edilib.