Şəkidə sakini Teyyub Məmmədova məxsus evin həyətyanı sahəsinin divarı torpaq sürüşməsi nəticəsində uçub. Ərazidən keçən yol bağlanıb, elektrik dirəkləri aşıb, qaz xətti zədələnib. Divarın uçması evə də ziyan vurub. Evin divarlarında çatlar yaranıb və dəmir dirəklərdən biri yerindən çıxıb. Teyyub Məmmədov evin uçmasından ehtiyyat etdiyini deyir. Zərərçəkənin sözlərinə görə, hadisə ilə bağlı aidiyyatı qurumlara da müraciət edib. Ancaq hələlik baxış keçirən olmayıb. Qəzalı vəziyyətdə olan ev və hər an sürüşə biləcək torpaq qısa zaman ərzində tədbirlər görülməsə faciəyə səbəb ola bilər.