Yüksək keyfiyyətli texnologiya və tibbi xidməti ilə seçilən “Kəpəz” Hospital ilə birgə həyata keçirilən layihə çərçivəsində paytaxtda fəaliyyət göstərən həkimlər, endokrinoloq İlkin Əhmədli, fizioterapevt Gülnar Əhmədli, rinoplastik Kamran İbrahimov, qastroenteroloq Rövşən İbişov və kök hüceyrə mütəxəssisi, plastik cərrah Sevinc Heydərova region sakinlərini elə Kanal S-in binasında qəbul edib, şikayətlərini dinləyib və onları müayinə ediblər. Layihənin keçirilməsində əsas məqsəd, paytaxta getmədən yerli sakinlərin xəstəliklərlə bağlı həkimlərə müraciəti və müayinəsinin əlçatanlığını təmin etmək olub. Müraciət edənlər növbəlilik prinsipinə əsasən həkim müayinəsindən keçiblər. Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 100-ə yaxın pasient peşəkar həkimlərin müayinə və məsləhətlərindən yararlana bilib.