Çərşənbə axşamı, 12 Aprel 2022 09:41

Şəhidin xatirəsi anılıb...

44 günlük müharibənin qəhrəmanlarından olan polkovnik leytenant Abakar Hacıyevin 43-cü baharını ailəsi, yaxınları şəhidin məzarı başında qeyd elədi. Doğulub boya-başa çatdığı Zaqatalanın Dardoqqaz kəndində torpağa tapşırılan igid el oğlunun məzarı önünə toplaşanlar Abakar Hacıyevin qısa, lakin şərəfli ömür yolundan danışıblar. Bildirildi ki, qorxmazlığı, şücaəti, dəqiqliyi və hərbi peşakarlığı ilə seçilən palkovnik-leytenant həm də sadəliyi, səmimiliyi ilə onu tanıyanların qəlbinə əbədi həkk olunub. Aprel döyüşlərində iştirakçısı olan Abakar Hacıyev müharibənin elə ilk günlərindən hərbi hissə komandiri kimi əsgərləri ilə birgə ön cəbhədə düşmənə qan uddurub. Abakar Hacıyevin Füzulidən başlayan döyüş yolu Xocavəndə qədər davam edib. Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan palkovnik leytenant ölümündən sonra “Azərbaycan bayrağı” ordeni,”Vətən uğrunda “ və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 41 illik ömrünün 24 ilini hərbi fəaliyyətə həsr edən Abakar Hacıyevi cənnətdəki ikinci doğum günündə yaxınları, doğmaları ilə yanaşı, məktəblilər də yad edərək məzarı önünə tər çiçəklər düzüblər. Vətən qəhrəmanının məzarı önündə çıxış edən məktəblilərin ifasında səslənən şeirlər dinləyənləri duyğulandırdı.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: info@kanal-s.azBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S