Şənbə, 09 Aprel 2022 18:26

"Balamı bu dünyada görə bilmədim, bəlkə o dünyada görüşmək nəsib olar..."

30 ildir ki, gözləri yol çəkən ailələrdən biri də, Zaqatala rayon sakinləri olan Muxtarovlar ailəsidir.
 
Ailə Fərrux kəndində aşkarlanan insan qalıqlarının ekshumasiyasınının nəticələri ilə 30 illik intizara son qoyulacağına ümid edirlər.
 
Zaqatalalı Aydın Muxtarovun ailəsi sonuncu dəfə onun sorağını Fərrux zirvəsi istiqamətində alıb. Ailə Aydının qəbri olacağı günü səbrsizliklə gözləyir.
 
Muxtarov Aydın Şaban oğlu 1974-cü ildə sadə zəhmətkeş ailəsdə dünyaya göz açıb. 9 illik natamam orta təhsildən sonra rayonun Peşə təmaüllü məktəbində təhsilini davam edən Aydın 1992-ci ilin payızında hərbi xidmətə yola düşür.
 
Cəmi 3 ay hərbi xidmət keçən Aydından ailə bir daha xəbər ala bilmir. Gözləri yollarda qalan Şaban ata və Zalxay ana bala dərdinə dözə bilməyib, vaxtsız həyatdan köçürlər. Zalxay ananın son sözləri bütün nəslin ürəyini dağlayır. ”Balamı bu dünyada görə bilmədim, ölsəm, əgər şəhiddirsə o dünyada bəlkə görüşmək nəsib olar bizə, deyir ürəyi nisgilli ana.
 
İtkin düşmüş övladlarının axtarışına çıxan ailə Aydın Muxtarovun son sorağını Xocalının Fərrux zirvəsi istiqamətində alıb. 44 günlük müharibədə şanlı qələbəmiz və son günlər Fərrux zirvəsində tapılan insan qalıqları bir çox nisgilli ailələr kimi, Muxtarovlar ailəsinin də yaralarına məlhəm olub.
 
Muxtarovlar ailəsinə Aydından qalan bir neçə solmuş şəkil və yazdığı 3 məktubdur. Hərbi xidmət dövründə yazdığı məktublarda Aydın anasından alma,fındıq və maxara istəyib...” . Hər dəfə bu meyvələr və bölgənin əziz yeməyi olan maxara süfrəyə gələndə ailənin boğazı sanki düyümlənir. Ailənin indi yeganə təsəllisi ehtimalların doğru çıxacağı təqdirdə, tezliklə Aydın Muxtarovun da qəbrinin olacağıdır...

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: info@kanal-s.azBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S