Şəhərin eyniadlı komandası bu adla və yeni meydanında ilk oyununu keçirib. Oyundan əvvəl azarkeşlərin böyük coşğusu hiss olunurdu. Xüsusilə ilə də 30 illik fasilənin ardınca Şamaxının öz komandasının olması və öz meydanında oyuna çıxması böyük izdiham yaşanacağından xəbər verirdi...
Neftçini qəbul edən Şamaxı komandası ilk oyunda fərqlənib. Rəhman Hacıyev “Şamaxı”nın tarixinə düşüb. 11-ci dəqiqədə cərimə zərbəsindən fərqlənən futbolçu bu şəhərdə 30 ildən sonra vurulan qola imza atıb.
Fasilədən sonra fəallığını artıran "Neftçi" 60-cı dəqiqədə bərabəlik qoluna imza atıb. Braziliyalı forvard Tiaqo Bezerra əks-hücumu dəqiq zərbə ilə tamamlayıb. 72-ci dəqiqədə isə onun həmyerlisi Ramon Maçado çoxgedişli kombinasiyadan sonra komandasının qələbə topunu vurub.
Qeyd edək ki, Şamaxını 1992-ci ildə “Şirvan” təmsil edib. Uzun fasilədən sonra yaradılan "Şamaxı" komandasının bu, ilk oyunudu idi.