Sabah futbol üzrə ölkə çempionatında 4-cü dövrənin oyunlarına start veriləcək. Maraqla gözlənilən qarşılaşmalardan biri Şamaxıda baş tutacaq. Şəhərin eyniadlı komandası Neftçini qəbul edəcək. Şamaxıda uzun illərdən sonra yaşanacaq futbol həyəcanına hazırlıq işləri artıq yekunlaşıb. Rayonda futbola böyük maraq var. Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmisi Rəşad Əliyev bildirib ki, satışa 1500 bilet təqdim olunmuşdu və hamısı satılıb. Hətta əlavə bilet tədarükü planlaşdırılır. Rayonda abu-havanın yüksək olduğunu bildirən Rəşad Əliyev sabah böyük izdiham gözlənildiyini deyib.