Cümə, 08 Aprel 2022 18:26

Təbiət "qatilləri" iş başında...

100-dən çox ağac kəsilib, bəziləri isə yandırılıb....Görüntülər Şamaxı rayonunun Muğanlı kəndindəki meşə massivindəndir.  Kəsilən və ya yandırılan ağacların əksəriyyəti əsasən palıd və vələs ağaclarıdır. Kənd sakinlərinin iddiasına görə ağaclar kəsilirək, kömür istehsalı üçün aparılır.  Ağacların kəsilməsi ilə təbiətə vurulan ziyan bir tərəfə, həm də həmin ağaclardan qanunsuz olaraq kömür hazırlayırlar ki, nəticədə ekologiyaya da ziyan vurulur. Sakinlər məsələ ilə bağlı aidiyyatı qurumlara da müraciət etdiklərini bildiridiər. Elə biz də kəndə yayılan tüstünün izinə düşərək üz tutduq kömür yandırıldığı iddia edilən həmin evə. Ev sahibi isə kömür deyil, saman yandırdıqlarını bildirdi.  Məşədən odun kəsilməsinə gəlincə, ev sahibi bu iddianı da rədd etdi. Hər halda ortada fakt var ki, ağaclar kəsilib, yandırılıb, meşə fonduna ciddi ziyan dəyib.  Çəkiliş apardığımızdan xəbər tutan Ekalogiya və Təbii sərvətlər nazirliyinin regional idarəsinin əməkdaşları da əraziyə gəlib,  kəsilən ağaclara baxış keçirdilər.  Nazirliyin sözçüsü  İradə İbrahimova isə məsələylə bağlı araşdırmalara başlanıldığını və nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirdi.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S