Könüllü olaraq, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərə qatılan İlhamdan ailəsi cəmi bir dəfə məktub ala bilir. 1992-ci ildə İlham Cəbrayılovun ailəsinə övladının itkin düşdüyü xəbəri verilir. Atası İbrahim kişi bala dərdi ilə dünyadan köçür. 30 ildir balasından xəbər gözləyən Fatma ananın indi tək arzusu İlhamın qəbrinin olmasıdır. Deyir ki, əgər Fərruxdan tapılan insan qalıqları içərisində oğlunun da nəşi olsa qurban kəsəcək. Onun nəşini isə atasının yanında dəfn edəcək. Aşkarlanan insan qalıqları nəinki Cəbrayılovlar ailəsinin hətta digər ailələrin də həsrətini vüsala qovuşduracaq. Artıq gözləri yollarda qalmayacaq.