Rayon mərkəzindən 20 kilometr aralıda yerləşən Zaqatalanın Fındıqlı kəndi uzun müddətdir ki, mavi yanacağa həsrətdir. 1000-ə yaxın əhalisi olan bu kəndin sakinləri evi isitmək üçün odun və ya fındıq qabığı almalı olurdular. Azəriqaz İstehsalat birliyi tərəfindən aparılan işlərin ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılır. Zaqatala rayonunun 166 təsərrüfatdan ibarət Fındıqlı kəndinə mavi yanacağın verilməsi ilə rayonun qazlaşdırılma faizi 77 faizə çatacaq.