İsmayıllı rayonunda yanğın olub. Hadisə bu gün saat 16 radələrində rayonun Qoşakənd kənd sakini, Rafael Nəsibova məxsus ümumi sahəsi 120 kvadratmetr olan 6 otaqlı evdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içəridəki əşyalar, eləcə də yaxınlıqdakı tövlənin dam örtüyünün yanar konstruksiyaları və talvarın altına yığılan 3 ton ot bağlamasının 60 kiloqramı yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.