Dövlət İmtahan Mərkəzinin aprelin 3-də Şəki şəhərində keçirdiyi əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul, həmçinin martda keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməyən XI sinif şagirdləri və eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanları başa çatıb.İmtahanların keçirilməsi üçün Şəkidə 6 mərkəz ayrılıb. Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 1263 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 124 nəzarətçi-müəllim cəlb olunub. Bütün imtahan mərkəzlərində qəbul və buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib. Əməkdaşlarımız prosesi Şəki şəhər 17 saylı tam orta məktəbdə izlyiblər.