Oğuzda dəhşətli qətl hadisəsi olub. Qardaş qardaşı öldürüb.Hadisə Gənclik küçəsində baş verib. Oğuz rayon sakini, 49 yaşlı Namiq Şirinov yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı, 46 yaşlı Aqil Şirinova bıçaqla xəsarətlər yetirib. Aqil xəstəxanaya çatdırılsa da, aldığı xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Namiq Şirinov şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə istintaq davam edir.