Martın 23-dən 29-dək Qəbələ şəhərində 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçirilib. U-18 millisinin hazırlıq düşərgəsinə müxtəlif komandalardan 24 futbolçu dəvət olunub. Onların çoxu 3 komandanın Qəbələ, Səbail və Neftçi klublarının üzvləridir. Toplanışın keçirilməsində məqsəd uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi, fərdi bacarıqları yüksək olan gənclərin seçilməsidir. Bunun üçün seleksiya xarakterli düşərgəyə 16 yeni futbolçu dəvət alıb. Təlim məşq toplanışı zamanı U-18 millisi martın 25-i və 28-də Qəbələnin 2-ci komandasına və Zaqatala komandasına qarşı 2 hazırlıq oyunları da keçirib. Millinin məşqçisi bildirib ki, komandanın gücləndirilməsi və heyətinə yeni futbolçuların qatılması üçün apreldə növbəti təlim-məşq toplanışı nəzərdə tutulub.