Oğuzda fərdi yaşayış evinin yanması nəticəsində 6 nəfərdən ibarət iki ailə evsiz qalıb. Hadisə rayonun Mollalı kəndində, Adil Hacıyevə məxsus ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Yanğın yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb edilib. Ev tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının odun sobasından baş verdiyi ehtimal edilir. Küləkli hava isə yanğının tez bir zamanda bütün evi əhatələməsinə səbəb olub. Faktla bağlı araşdırma aparılır.