Bazar ertəsi, 28 Mart 2022 18:49

Satan narazı, alan narazı…

Həftədə bir gün, bazar günləri fəaliyyət göstərən Əliabad bazarında hər nə istəsən tapmaq mümkündür. Hər həftənin bazar günü rayon və bölgə sakinləri ilə yanaşı, ölkənin bir çox ərazilərindən yüzlərlə insan məhsul satmaq və ya almaq üçün bu bazara üz tutur.  Ucuzluğu ilə də məşhur olan bazarda dana əti hələ də 10 manatdan alıcılara təklif olunur. Ancaq qəssablar yaxın gələcəkdə ətin qiymətində artım olacağını düşünür. Səbəb isə ot və yem bazarında qiymətlərin qalxmasıdır. Həftə bazarının heyvan satılan hissəsində isə alandan çox satan görünür. Bazarda diri çəkidə xırdabuynuzlu heyvanların kilosu 6, iribuynuzlu heyvanların kilosu isə 5 manatdan təklif edilir. Bununla belə, satıcılar alıcı bazarının aşağı olmasından gileylənir. Bazara gətirilən bütün heyvanların sağlamlığı müvafiq qurumlar tərəfindən yoxlanıldıqdan sonra satışa buraxılır. Hələlik bazarda heyvanların qiymətində də artım müşahidə edilmir. Satıcılar bunu  fəsil dəyişkənliyi ilə əlaqələndirir. Belə ki, havaların qəfil soyuması yem ehtiyatının azalmasına gətirib çıxarıb. Nəticədə fermer heyvanı üçün yenidən yem ehtiyatı görməkdənsə satmağı münasib görür. Lakin havaların isinməsi və bir neçə ay sonra Qurban bayramı ilə əlaqədar tələbatın artması səbəbindən heyvan bazarında qiymətlərin də artacağı proqnozlaşdırılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S