Şamaxının Qızmeydan kəndində Cəbrayıl Cəbiyevə məxsus yeni tikilmiş 2 mətrəbəli yaşayış evinin dam örtüyü çöküb.Hadisə bu gün səhər saatlarında ev sahibləri evdə olduğu vaxt baş verib. Xoşbəxtlikdən xəsarət alan olmasa da evə ciddi ziyan dəyib. Evin 2-ci mərtəbəsi tamamilə dağılıb. Birinci mərtəbəsində yeni təmir olunmuş otaqların divarlarında çatlar yaranıb. Evin tavanı,döşəməsi və içindəki əşyalar suyun altında qalıb. Hadisə nəticəsində qonşuluqdakı ev də zərər görüb. Dam örtüyünün bir hissəsi uçaraq qonşunun həyətinə düşdüyündən həyətyanı sahəyə ziyan dəyib, elektrik naqilləri qırılıb. Ev sahibləri qarşıdakı günlərdə yenə qar və ya yağış yağarsa, evin tamamilə yararsız hala düşəcəyindən ehtiyatlanırlar. Məsələ ilə bağlı aidiyyatı qurumlara da məlumat verilib. Qeyd edək ki, son bir həftədir ki, davam edən qeyri-sabit hava şəraiti nəticəsində Qızmeydan kəndində qarın hündürlüyü bir metrə yaxın olub.