Qışın mülayim keçməsi, ardınca yazın ilk günlərində yağan qar arıçılıq təsərrüfatlarına mənfi təsir edə bilər. Təsərrüfatlarını sağlam və itkisiz yaza çıxarmağa çalışan arıçılar artıq önləyici tədbilər görməyə başlayıb. Arı ailələrini itkidən qorumaq üçün əsas şərt yem bazasına və istiliyə nəzarət etməkdir. Bunun üçün kökə adlanandırılan, içərisinə bal oyulan paketləri pətəklərə qoymaq lazımdır. Bu bal arılar üçün qida olmaqla yanaşı, həm də müalicəvi xarakter daşıyır. Yağıntılı hava şəraiti nəmişlikdən əmələ gələ biləcək bir sıra xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılmasını da zəruri edir. Arıçıların əsas narahatçılığı ondan ibarətdir ki, şaxtalı hava şəraiti davam edərsə məhsuldarlığa xeyli təsir edəcək. Balın az olması isə qiymətinin artması ilə nəticələnəcək.