Balakəndə Təhsil Nazirliyinin dəstəyi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi olmuş "Məktəblilərin düşərgəsi" layihəsi start götürüb. Layihə çərçivəsində təşkil edilən düşərgədə rayonun müxtlif məktəblərindən müsabiqələr vasitəsi ilə xüsusi seçilən şagirdlər iştirak edir. Belə ki, 100-dən çox şagirdin iştirak etdiyi seçim turundan 30 şagird müsabiqənin hər iki turundan keçərək düşərgədə iştirak etmək hüququ qazanıb. 4 gecə 5 gün davam edəcək düşərgə çərçivəsində günün fəaliyyət planına uyğun olaraq təlimlər, seminarlar, oyunlar və digər tədbirlər nəzərə tutulub. Layihənin əsas məqsədi pandemiyadan sonra şagirdlərin psixoloji durumlarını yaxşılaşdırmaq, asudə vaxtlarını səmərəli keçirmək, düzgün peşə seçimlərinə yönləndirmək, təhsilə olan marağı artıqmaqdır.